Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilər üçün doğuma nəzarət geli istehsal olundu: kürək sümüklərinə çəkilir və...

  • 2024.06.03 17:20
  • 1068 Baxış
Kişilər üçün doğuma nəzarət geli istehsal olundu:  kürək sümüklərinə çəkilir və...
Kişilər üçün doğuma nəzarət geli hazırlanıb.

Medicina.az xəbər verir ki, yeni məhsulun oxşarlarından çox daha sürətli nəticə verdiyi müəyyən edilib.

Alimlər kişilər üçün hazırlanmış gel formalı doğuma nəzarət üsulunun oxşar üsullardan çox daha erkən nəticə verdiyini sübuta
yetiriblər.

Segesteron asetat və testosteron adlı iki hormonu birləşdirən gelin digər eksperimental hormon əsaslı doğum idarə üsullarından fərqli olaraq sürətli şəkildə sperma istehsalını dayandırdığı açıqlanıb. İştirakçılar gündə bir dəfə kürək sümüklərinə gel tətbiq ediblər və dörd həftədən bir sperma sayı testindən keçiblər.

Doğuma nəzarət üçün effektiv hesab edilən hədd millimetrdə bir milyon və ya daha az sperma olmasıdır. ABŞ-ın Boston şəhərində keçirilən Endokrin Cəmiyyətinin illik toplantısı olan “ENDO 2024”də təqdim edilən nəticələrə əsasən, araşdırmada iştirak edən kişilərin 86 faizi bu sperma sayına 15-ci həftədə çatıb.

Merilend ştatının Bethesda şəhərindəki Milli Sağlamlıq İnstitutunun kontraseptiv inkişaf proqramının rəhbəri və tədqiqatın müəlliflərindən olan Diana Blayf bildirib ki, daha sürətli effekt bu dərmanın potensial istifadəçilər üçün cəlbediciliyini və məqbulluğunu artıra bilər.

“Kişilər üçün təhlükəsiz, yüksək effektli və etibarlı şəkildə geri dönüşü olan qorunma üsulu qarşılanmamış ehtiyacdır”, - o deyib.

Alimlər gelin istifadəsi dayandırıldıqdan sonra sperma sayının normaya qayıtması üçün nə qədər müddət tələb olunduğunu da araşdıracaqlarını açıqlayıblar.


Aysel