Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi eyni anda həm infarkt, həm də insult oldu

  • 2024.11.22 18:11
  • 1221 Baxış
Kişi eyni anda həm infarkt, həm də insult oldu
Moskvada təcili yardım eyni anda həm işemik infarkt, həm də insult keçirən xəstəni hospitəlizə edib.


“Medicina” xəbər verir ki, 38 yaşlı kişinin ürəyində damar trombla tıxanmışdı.


Ona dərhal ballon angioplastikası olunub, stent qoyulub.
10 gün sonra xəstə nevroloji defektsiz evə buraxılıb.

Həkimlər bu fəsadların səbəbinin kişinin artıq çəkili olması ilə əlaqələndirib.

Moskva Merinin müavini Anastasiya Rakova belə pasiyentlərə yüksək səviyyəli xidmət üçün infarkt şəbəkəsi yaradıldığını bildirib:

“Hazırda bu şəbəkəyə 20 damar mərkəzi və stasionarı daxildir. Burada bütün diaqnostika, əməliyyat, reabilitasiya imkanları yaradılıb. Hətta nadir halda eyni vaxtda infarkt və insult olan xəstələr də bu mərkəzlərə çatdırılsa xilas olmaq ehtimalı artır”.


Aygün Musayeva