Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstidə siqaret çəkmək niyə daha zərərlidir? - İZAH

  • 2024.07.29 15:11
  • 1368 Baxış
İstidə siqaret çəkmək niyə daha zərərlidir? -  İZAH
İsti havalarda siqaret çəkmək isti vurmaya və infarkta səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bunu endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova öz “Telegram” kanalında bildirib.

"İsti havada siqaret çəkmək xüsusilə fiziki fəaliyyət zamanı isti vurma riskini artırır. Bunun səbəbi, siqaret səbəbilə qan damarlarının daralması və qan axınının pisləşməsidir. Belə şəraitdə bədən tər istehsal etmək qabiliyyətini itirir. Maye sərbəst buraxılmadığı üçün bədən daha tez qızır”, - deyə həkim bildirib.

O, bunun təcrübələr nəticəsində sübuta yetirildiyini diqqətə çatdırıb.

“Təcrübələrdən birində 10 nəfər iştirak edib. Gecələr bir qrup kişiyə nikotin bandı verilib. Bəzi iştirakçılara isə nikotinsiz bant verildiyi halda, onlar bundan xəbərsiz olublar.

Səhərlər subyektlər 20 və 30 dərəcəyə qədər qızdırılan otaqlarda dayanmadan bir saat velosiped sürməli olublar.
Məşqdən sonra onların bədən istiliyi xüsusi cihaz vasitəsilə çöldə və içəridə ölçülüb. Təcrübə və ölçmələr dörd dəfə təkrarlanıb.

Hamı təcrübəni sona çatdıra bilməyib, iki nəfər yarışı tərk etməli olub. Birincisi mədə-bağırsaq sistemində problem yaşayıb, ikincisi ürəkbulanma və titrəmə hiss edib. Hər ikisi əsl nikotin bandı verilən şəxslər olub", - deyə həkim qeyd edib.

Endokrinoloq siqaretin xərçəng, şəkərli diabet və sonsuzluq kimi ciddi xəstəliklərə səbəb ola biləcəyini də xatırladıb.


Aysel