Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsraildə beyin yeyən amöb panikası: ölən var

  • 2024.07.25 20:00
  • 941 Baxış
İsraildə beyin yeyən amöb panikası:  ölən var
İsrailin şimalında bir su parkında üzən iki nəfərdə beyin yeyən amöb aşkar edilib.

Medicina.az xəbər verir ki, 25 yaşlı bir nəfər beyin yeyən amöbdan dünyasını dəyişib. 10 yaşlı uşaq isə analoji şübhə ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi sözügedən akvaparkın bağlanması barədə göstəriş verib.

Nazirlik son 2 həftə ərzində bu parkı ziyarət edən və hərarət, baş ağrısı, qusma kimi şikayətləri olan şəxslərdən səhiyyə müəssisələrinə müraciət etməyi xahiş edib.

Bundan sonra xəstəxanaya 100-dən çox insanın müraciət etdiyi bildirilir.

"Naegleria fowleri" adlı amöb burun vasitəsilə beyinə keçir. Mütəxəssislər bildirirlər ki, bu tip amöb ilə yoluxmuş insanların sağ qalma ehtimalı olduqca aşağıdır.


Aysel