Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər il 7 milyon insanın ölümünə səbəb olur – İstifadə yaşı 13-ə endi

  • 2024.05.31 12:12
  • 1297 Baxış
Hər il 7 milyon insanın ölümünə səbəb olur –  İstifadə yaşı 13-ə endi
Tütünə qarşı maarifləndirmə məqsədi daşıyan 31 May Dünya Tütünlə Mübarizə Gününün builki mövzusu uşaqları tütün sənayesinin müdaxilələrindən qorumaqdır.

Medicina.az xəbər verir ki, Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyinin (TÜSAD) Tütünlə Mübarizə İşçi Qrupunun sədri dos. Dr. H. Volkan Kara bu barədə xəbərdarlıqlar edib.

“Məqsəd yeni nəsilləri tütünə aludə etməkdir. Tütün məhsullarını müxtəlif adlar altında, göz oxşayan qablaşdırma ilə bazara çıxararaq gəncləri tütündən istifadəyə həvəsləndirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Avropada 13-15 yaş arasında oğlanların 11,5 faizi, qızların isə 10,1 faizi, yəni 4 milyon uşaq tütündən istifadə edir.

Bir çox ölkədə tütün asılılığı uşaqlıq və ya yeniyetməlik illərində başlayır. Ömürlük istifadəçilərin əksəriyyəti 21 yaşından əvvəl nikotinə aludə olur.

Elektron siqaret kimi cihazlar vasitəsilə nikotinə aludə olan gənclərin daha sonrakı yaşlarda ənənəvi siqaretdən istifadə etmə nisbəti 3 dəfə çoxdur”, - deyə Volkan Kara bildirib.

Doktorun sözlərinə görə, 2022-ci ildə Avropada yeniyetmələrin 12,5 faizi və böyüklərin 2 faizi elektron siqaretdən istifadə edib:

“Bəzi Avropa ölkələrində məktəblilər arasında elektron siqaretdən istifadə nisbəti siqaret çəkənlərdən 2-3 dəfə yüksəkdir. Elektron siqaretlərdə istifadə edilən 16 mindən çox cəlbedici ətrin məqsədi uşaq və gəncləri nikotinə aludə etməkdir”.

Tütün asılılığının bütün dünyada qlobal bir epidemiya halına gəldiyini söyləyən Dos. Dr. Kara tütün sənayesinin tez-tez istifadə etdiyi bəzi təşviq taktikalarını sadalayıb:

“Sosial media, oyun platformaları kimi rəqəmsal sahələrdə gizli marketinq metodlarından istifadə;
Yeni, rəngarəng, göz oxşayan məhsulların dizayn edilməsi və sosial mediada satışı;
Məktəblərdə və uşaqların cəmləşdiyi digər yerlərdə bu məhsulların marketinqi və satışı;
Gənclik fəaliyyətləri, idman tədbirləri və konsertlər kimi gənclərə yönəlmiş tədbirlərdə sponsorluq və gizli reklam;

Birdəfəlik məhsulların və elektron siqaretlərin qiymətlərini aşağıda saxlamaq, “birini al, birini pulsuz əldə et” kampaniyaları təşkil etmək”.

İstanbul Ailə Həkimliyi Dərnəyi (İSTAHED) Elm Komissiyasının üzvü Dr. Öner Uzunoğlu da siqaretdən asılılığının “tütün epidemiyası” halına gəldiyini bildirib.

O, bu epidemiyanın hər il dünyada 7 milyondan çox insanın ölümünə səbəb olduğunu vurğulayıb:

“Bu ölümlərin 6 milyondan çoxu birbaşa tütün istifadəsi nəticəsində, təxminən 1 milyonu isə tütün məhsullaeından stifadə etməyən şəxslərin siqaret və tütün tüstüsünün təsirinə məruz qalması nəticəsində baş verir.

İnsanların tütün məhsullarından istifadəsi bu gün olduğu kimi davam edərsə, yaşadığımız əsrdə ümumilikdə 1 milyard insanın məhz bu səbəblə həyatını itirəcəyi gözlənilir”.

Dr. Uzunoğlu, tütün məhsullarının istifadəsinin koronar arteriya xəstəliyi, iflic və digər damar xəstəlikləri üçün əsas risk faktorları arasında olduğunu bildirib:

“Dünyada ən çox görülən ölüm səbəbi ürək-damar xəstəlikləridir. Tütün məhsullarının istifadəsi yüksək təzyiqdən sonra ürək-damar xəstəliklərinin ən çox yayılmış səbəbidir. Tütündən istifadə müxtəlif xərçəng növləri, xüsusilə qırtlaq və ağciyər xərçəngi, tənəffüs sistemi xəstəlikləri və insult kimi ölümcül vəziyyətlərin əmələ gəlməsində mühüm rol oynayır”.

“Tütün epidemiyası”nın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhəmiyyətli bir ictimai sağlamlıq problemi olaraq qəbul edildiyini söyləyən Dr. Uzunoğlu sözlərinə belə davam edib:

“Tütün və tütün məhsullarından istifadənin insanlarda ən çox görülən 8 ölüm səbəbindən 6-sı üçün risk faktoru olduğu sübut edilib. Bunun hər 10 yaşlıdan birinin ölümünə səbəb olduğu və qarşısı alına bilən ilk ölüm səbəbləri arasında yer aldığı da bilinir”.


Aysel