Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı ağrıkəsici mədəyə zərər vurmur?

  • 2024.05.14 18:18
  • 871 Baxış
Hansı ağrıkəsici mədəyə zərər vurmur?
90 faiz ağrıkəsicilər mədəni ilk növbədə sıradan çıxarır. Ona görə həkimlər çox dərman təyin edilən xəstələrə mədəqoruyucular təyin edir.


“Medicina” xəbər verir ki, məşhur həkimlər Yelena Malışeva və German Qandelman ağrıkəsicilərin mədə üçün riskindən danışıb.


“ Bu dərmanlar xüsusən yaşlı xəstələr üçün vacibdir. Xroniki xəstəliklər, artrit, artroz kimi ağrılardan əziyyət çəkənlər bu dərmanları mütəmadi içir, nəticədə yaşlanma ilə bağlı atrofiyaya uğramış mədə divarının müdafiə qatını zədələyirlər.

Ağrıkəsicilər orqanizmdə müəyyən fermentləri bloklayır.

Bu zaman mədədə öz şirəsinin hasili də artır və selikli qişa aşınmaya məruz qalır.

Mədə turşusu çoxaldıqca mədə xoralarına səbəb olur, sonra onlar qanayır.

Ona görə risk qrupu üçün mədəyə az təsir edən dərmanlar seçmək lazımdır: bunlar çelekoksib tərkibli dərmanlardır.

Bu dərmanları hətta gündə 2-3 dəfə qəbul etdikdə də həzm sistemində ağırlaşmalar yaratmır.

Amma yenə də paralel olaraq, mədə qoruyucu inhibitorlar lazımdır, məsələn, çox effektiv prazollar.

Bu zaman mədənin deşilmə riski sıfıra düşür”.

Aygün Musayeva