Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göz rəngini dəyişənlərin kor olmaq riski böyükdür – Həkimdən xəbərdarlıq

  • 2024.05.21 15:00
  • 1356 Baxış
Göz rəngini dəyişənlərin kor olmaq riski böyükdür –  Həkimdən xəbərdarlıq
Son zamanlar xüsusilə sosial mediada göz rəngi dəyişdirmə əməliyyatları tez-tez paylaşılır.

Medicina.az xəbər verir ki, seçilmiş rəngin gözə tətbiq olunduğu əməliyyat böyük risklər daşıyır.

Göz hipertoniyası və katarakta kimi xəstəliklərə səbəb olan bu əməliyyat korluğa belə gətirib çıxara bilir.

Göz rəngini dəyişmək istəyənlər ABŞ və bəzi Avropa ölkələrində geniş vüsət alan bu əməliyyat nəticəsində seçdikləri rəngə sahib olurlar. Göz rənginin dəyişdirilməsi əməliyyatları işığa qarşı həssaslıq və görmə itkisi kimi problemlərə səbəb ola bilir.

Oftalmoloq Dr. Emel Çolakoğlu bunun FTA təsdiqinə malik olmayan bir prosedur olduğunu bildirib.

“Bu, dünyanın heç bir yerində qəbul edilmir. Məncə, heç bir oftalmoloq bunu etməməlidir. İnsanlar da bu cür əməliyyatlara etibar etməməlidirlər”, - deyə oftalmoloq bildirib.

Həkim əməliyyatla bağlı təfərrüatları da paylaşıb:

"İrisdəki piqmentlər, yəni rəngli hissə lazer işığı ilə və ya soyucu iynənin köməyi ilə sıyrılır və ya lazer şüası atılaraq həmin piqmentlər oradan çıxarılır".

O qeyd edib ki, bu yolla həmin nahiyədə piqment azaldığından gözün rəngi daha açıq olur.

Tətbiqin risklərindən danışan Çolakoğlu, trabekulyar şəbəkə adlanan sistemdən gələn piqmentlərin gözün içindəki təzyiqi yaradan mayenin yolunu kəsdiyini ifadə edir:

"Bu, qlaukoma dediyimiz göz təzyiqi üçün çox ciddi risk yaradır və tam korluğa səbəb ola bilər".

Çolakoğlu əməliyyatı keçirən insanların 50 faizinin qlaukoma ilə üzləşdiyini vurğulayıb:

"Bu, çox ciddi rəqəmdir. Sırf estetik məqsədlə edilən əməliyyat korluqla nəticələnə bilər".


Aysel