Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən faydalı 8 yağ – Süfrələrinizdən əskik etməyin!

  • 2024.05.08 19:39
  • 1082 Baxış
Ən faydalı 8 yağ –  Süfrələrinizdən əskik etməyin!
Bəzi yağlar sağlamlığınız üçün faydalı olsa da, digərləri orqanizm üçün olduqca zərərlidir.

Amerika Ürək Assosiasiyasına (AHA) görə, yağın funksiyalarına hüceyrə böyüməsinə kömək etmək, orqanlarınızı qorumaq və qida maddələrinin udulmasında rol oynamaq daxildir.

Orqanizm A, D, E və K vitaminləri, həmçinin beta-karotin kimi bəzi yağda həll olunan qidaları udmaq üçün yağlara ehtiyac duyur. Yağ toxluq hissi verir.

Mayo Clinic-ə görə isə bədən yağları zülallarla birlikdə karbohidratlardan daha yavaş emal edir ki, bu da sizə daha tox hiss etməyə və sağlam çəkidə qalmağa kömək edə bilər. Yağlar əsas qida maddəsidir və maye yağlar əla mənbədir.

Maine Universiteti bildirir ki, əgər siz gündə 2000 kalori qəbul edirsinizsə, gündə 7 qaşığa qədər yağ istehlak edə bilərsiniz. Qadınlar üçün gündəlik hədəf 5-6 çay qaşığı, kişilər üçün isə 6-7 çay qaşığıdır. Əsas məsələ isə faydalı yağ seçməkdir.

Tədqiqatçılar yağların tərkibindəki doymuş yağ miqdarının ən asas amil olduğunu bildirirlər. Doymamış yağlar ürək xəstəliyi riskini azaltmağa kömək edir.

Bəs hansı yağlar daha faydalıdır?

Mütəxəssislər sağlamlıq üçün ən yaxşı 8 yağı belə sıralayıblar:

1. Zeytun yağı
2. Kanola yağı
3. Kətan toxumu yağı
4. Avokado yağı
5. Qoz yağı
6. Küncüd yağı
7. Üzüm tumu yağı
8. Günəbaxan yağı

Ekspertlər kokos yağı ilə bağlı mübahisəli məsələlər olduğunu nəzərə alaraq onu məhdud şəkildə istifadə etməyi məsləhət görürlər.

Qismən hidrogenləşdirilmiş yağlardan və palma yağından isə tammailə uzaq durmaq tövsiyə olunur.


Aysel