Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Elmed" Tibb Mərkəzində qəssabxana aşkarlandı

  • 2024.11.14 18:35
  • 1031 Baxış
"Elmed" Tibb Mərkəzində qəssabxana aşkarlandı

Binəqədi rayonunda yerləşən "Elmed" Tibb Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.

"Medicina" Qaynarinfo.az-a istinadən xəbər verir ki, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m²-lik qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün icarəyə verib.

Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra Əlidən həmin ərazidən çıxmasını tələb edib. Əli klinika direktoruna çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.

Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.

Ramin Quliyev AQTA-nın bu qərarından məhkəməyə müraciət edib.

O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.

Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.

Məhkəmə, "Elmed" Tibb Mərkəzinin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.

MEDİCİNA.AZ