Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərmanları mətbəxdə saxlamaq olmaz

  • 2024.11.22 16:57
  • 1398 Baxış
Dərmanları mətbəxdə saxlamaq     olmaz

Dərmanları evdə xüsusi yerdə, xüsusi şəraitdə saxlamaq lazımdır. Bəziləri mətbəx, bəziləri hamam şkaflarına yığır, bəziləri soyuducuya qoyur.


“Medicina” xəbər verir ki, kimya elmləri namizədi Aleksey Panov dərmanları harda saxlamaq barədə danışıb.

“Dərmanların saxlanması şəraiti onların keyfiyyətinə, effektinə təsir edir.

Dərmanları hamam otağında saxladıqda yüksək rütubət dərman formalarını dağıda bilər.

Mətbəxdə isə yüksək hərarət, sobanın istiliyinin təsirindən tərkibi dəyişir.

Optimal yer soyuducudur, amma orda xüsusi konteynerdə saxlanmalıdır.

Qoxulu və rütubətli ərzaq məhsulları təmasda olmasın.

Diqqət yetirin ki, dərman qutusu, qablaşması pozulmasın, əzilməsin, qapaq açıq qalmasın.

Elə dərmanlar var ki, tərkibindəki maddələr işıq, hərarət, rütubətə həssasdır. Bəzi vitamin və antibiotiklər UVÇ şüalarının təsirindən parçalanır. Ona görə dərmanları qaranlıq, quru, sərin yerdə saxlamaq lazımdır.

Dərmanları soyuducuda saxlasaz da müddəti bitmiş dərmanı içməyin”.


Aygün Musayeva