Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox oturmaq və maşın sürmək - Kişilərin evini yıxır

  • 2024.11.25 14:52
  • 809 Baxış
Çox oturmaq və maşın sürmək   - Kişilərin evini yıxır

Kişilərdə sonsuzluq və cinsi zəifliyin səbəbləri həyat tərzi ilə bağlıdır.

"Medicina" xəbər verir ki, alimlər son elmi araşdırmalarında kişilərdə cinsi zəifliyə səbəb olan 2 vərdişi aşkar edib.

Araşdırmalar nəticəsində bəlli olub ki. davamlı olaraq idmanla məşğul olan sağlam kişilərin sperma keyfiyyəti digər həmcinsləri ilə müqayisədə daha yaxşıdır.

Çində edilən bir araşdırma zamanı, yaş ortalaması 28, ideal çəki, cinsi yolla keçən xəstəlik və radiasiaya məruz qalmayan 746 şəxsin spermi tədqiq edilib.

Araşdırma əsnasında onların yaşam tərzi, idmanla məşğul olmaları,sağlıqlı qidalanmaları və s. kimi parametrlərə də üstünlük verilib. Komğüter qarşısında işləyən və uzun müddət televizor izləyən kişilərin sperma parametrlərində dəyişiklik olub.

Mütəxəssislərin fikrinə görə, həddən artıq sakit yaşam tərzi həm də diyabet, ürək-damar xəstəlikləri yaradır. Əgər işiniz oturaq şəraitdədirsə,o zaman heç olmasa hər gün piyada yeriməyi yoxlayın.

MEDİCNA.AZ