Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

BTİMM-nin qastroenteroloqu Türkiyədə konqresdə

  • 2024.06.07 16:39
  • 1638 Baxış
BTİMM-nin qastroenteroloqu  Türkiyədə konqresdə

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışan həkimlərin çətin sağalan xəstəliklərin müalicəsində əldə etdiyi uğurlu Azərbaycandan kənara da səs salıb.

"Medicina" xəbər verir ki, BTİMM-nin qastroenteroloqu Arzu Quliyevaya müraciət edən pasientlər arasında əcnəbi vətəndaşlar çoxluq təşkil edir.


Məlumdur ki,bağırsağın iltihabi xəstəliklərindən olan- kron və ulserativ kolit xəstələri uzun müddət müalicə alsalar da effektli nəticə əldə edə bilmir, həm maddi, həm də mənəvi cəhətdən cox əziyyət çəkirlər.

Arzu doktor məhz İnteqrativ Təbabət metodları ilə müalicəyə çətin tabe olan iltihabi bağırsaq xəstəliklərinn sağalmasında uğurlu nəticələrə nail olduğundan bu sahədə artıq böyük təcrübəyə malikdir. Bu nailiyyətlərin bir səbəbi də doktorun qardaş Türkiyədə qeyd etdiyimiz xəstəliklərlə bağlı keçirilən beynəlxalq konfrans və simpoziumlara davamlı şəkildə məruzəçi və ya iştirakçı kimi qatılaraq özünü daha da təkmilləşdirməsidir.

Növbəti belə bir beynəlxalq tədbir 30 may-2 iyun tarixlərində İstanbulda baş tutub.”13-cü iltihabi bağırsaq xəstəlikləri günləri” adlı konqresin iştirakçıları bu xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı yeni bilgilər, metodlar barədə ətraflı məlumat alıblar.

Qastroenteroloq Arzu Quliyeva konqresdən sonrakı təəssüratlarını müxbirimizlə bölüşərkən bildirib ki, belə tədbirlər sayəsində əldə etdiyimiz nəzəri biliklər və müalicədə qazandığımız yeni təcrübələr gələcəkdə iltihabi bağırsaq xəstəliyindən əziyyət çəkən pasientlərin vaxtında və effektli müalicə alaraq normal həyata qayıtmaları üçün geniş imkanlar yaradacaq.


.İnteqrativ Təbabət metodları belə xəstəliklərin müalicəsində ən effektli üsul kimi daha aktualdır.

MEDİCİNA.AZ


BTİMM-nin qastroenteroloqu  Türkiyədə konqresdə