Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda uşaq evində qoturluq yayılıb

  • 2024.11.04 17:07
  • 1136 Baxış
Bakıda  uşaq evində qoturluq yayılıb

3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

"Medicina" xəbər verir ki, bu uşaq evindən 8 uşaq Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər". /oxu.az/