Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağı sınan ahıl qadın həkim növbəsində - öldü

  • 2024.11.14 19:55
  • 928 Baxış
Ayağı sınan ahıl qadın həkim növbəsində    -  öldü

Rusiyanın Balaşixinski əyalətində 87 yaşlı qadın tibb bacısının səhvinin qurbanı olub.


“Medicina” xəbər verib ki, qadın xəstəxanada əzələdaxili iynə vurdurduqdan sonra oturaq siniri zədələndiyindən sonradan yıxılıb və bud sümüyünü sındırıb.

Qadın xəstəxanada travmatoloqa növbə tutaraq axşama kimi gözləsə də ona baxan olmayıb. Nəticədə qadın ölüb.

Təqaüdçü qadının nəvəsi nənəsinin ölümündə xəstəxananı günahkar bilərək məhkəməyə verib. Məhkəmə iddianı təmin edib və xəstəxananın 100 min rubl kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Lakin Nadejda məbləğin azlığından şikayət edir.
Çünki nənəsi yaşaya bilərdi.

Onlar yaşlı qadını axşam saat 9-a kimi ağrılar içində qoyublar.

Aygün Musayeva