Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Abşeron xəstəxanasına yeni direktor təyin edildi

  • 2024.12.27 18:47
  • 903 Baxış
Abşeron xəstəxanasına yeni direktor təyin edildi


Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"Medicina" xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Xatırladaq ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi.

O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu.