Karbohidratların məhdudlaşdırılmasına yönəlmiş pəhrizlər onilliklər ərzində arıqlamağın açarı kimi təqdim edilirdi, lakin son araşdırmalar az karbohidratlı pəhrizlərin heç də hamısının arıqlatmadığını, bəzilərinin hətta çəki artımına səbəb ola biləcəyini göstərib.
Medicina.az “Daily Mail”ə istinadən xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları üç müxtəlif sağlamlıq məlumat bazasından yararlanmaqla 123 mindən çox insanın sağlamlıq nəticələrini təhlil ediblər.
İştirakçılar 5 növ az karbohidratlı pəhrizdən birinə əməl ediblər. Onların çəki itkisi və bədən kütləsi indeksi 20 il ərzində hər 4 ildən bir yoxlanılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, az karbohidratlı pəhrizə riayət etsələr də, tədqiqat dövründə heyvan mənşəli heyvan mənşəli qidaları yeməyə davam edənlər nəinki arıqlamayıblar, hətta kökəliblər. Onlarda dörd il ərzində orta çəki artımı 1 kiloqrama yaxın olub, lakin bir qrup iştirakçı tərəzidə təxminən 2 kiloqram artım görüb.
Yalnız bitki mənşəli qidalar, yulaf və tam buğda çörəyi kimi tam taxıl karbohidratları ilə zəngin olan az karbohidratlı bir pəhrizi tətbiq edən iştirakçılar isə arıqlayıblar və ya eyni çəkidə qalıblar.
Tədqiqatçıların "az karbohidratlı sağlam pəhriz” kimi təsvir etdikləri bu qidalanma tərzi mərcimək, tofu, fıstıq və yaşıl noxud kimi daha çox bitki zülalı ehtiva edən məhsullara üstünlük verir. Balıq, avokado və yumurta kimi faydalı yağlarla zəngin qidalar istehlak edənlər isə daha çox arıqlayıb.
Gül