Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.
Medicina.az Lent.az-a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Aysunun vəkil əri Ramil Vəliyev xəbəri təsdiqləyib:
“Bəli, doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdır. Artıq hər ikimiz nikahın pozulması ilə bağlı iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik”.
Qeyd edək ki, bu, Aysun İsmayılovanın ikinci evliliyidir. O, R.Vəliyevlə 2 il öncə ailə qurub. Onların Sevgi adlı qız övladı var.