Ailənin, həyat yoldaşı və partnyorun olmaması sağlamlıq problemləri yaradır.
“Medicina” xəbər verir ki, ABŞ alimləri tənhalığın diabetə səbəb olduğunu sübut ediblər.
Tədqiqatda 1713 33-70 yaş arası könüllü iştirak edib. Alimlər psixoemosional durumun diabetin yaranmasında təsirini öyrəniblər.
Onlar iştirakçıların ailə durumu, sağlamlıq və qida məlumatlarını təhlil edib.
14% özlərini subay, ayrılmış və sevgilisiz olduğu üçün bədbəxt hiss etdiklərini bildirib.
8% isə özlərini cəmiyyətdən təcrid edilmiş hiss edib.
24% normal bədən çəkisinə malik idi.
Nəticədə açıqdərili insanlarda preddiabet, tünd dərilərdə isə diabet daha çox aşkarlanıb.
Uzun müddətli və güclü təsir edən tənhalıq insanları qapanmağa, az hərəkət etməyə və zərərli qidalar yemyə təhrik edir. Bu da diabeti artırır.
Aygün M