Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aylarla yatıb oyanmayan tələbə qızın nadir xəstəliyi – Yatmış gözəl sindromu

  • 2018.11.28 18:02
  • 9495 Baxış
Aylarla yatıb oyanmayan tələbə qızın nadir xəstəliyi –  Yatmış gözəl sindromu
Milyon insanda bir rast gəlinən Kleyn-Levin sindromundan əziyyət çəkən 19 yaşlı  Ceyn Batler ilk dəfə  2017-ci ilin noyabrında yatmış, dekabrında ayılmışdı. 

İkinci dəfə isə bu ilin iyun ayında yataraq, avqustda oyanmışdı. 


Medicina.az xəbər verir ki, digər adı Yatmış gözəl olan bu sindrom  çox nadir rast gəlinən nevroloji pozuntudur və demək olar, müalicəsi yoxdur. Xəstəliyin səbəbi məlum deyil, özünü yeniyetməlik dövründə göstərir. Periodik olaraq xəstələr güclü tutmalar zamanı sutkada 15-18 saat yataraq, yalnız yemək və tualet üçün oyanır. Bəzən isə yuxu epizodları həftələr, aylarla çəkə bilər. Onlar adi həyatdan ayrılaraq, məktəbə, işə gedə bilmir, öz qeydlərinə qala bilmirlər.


Ceyn yuxular arasındakı dövrdə normal həyatını yaşayır, amam xəstəliyin pik tutmalarında sutkalarla yataraq, real kabus görüntülərindən əziyyət çəkir. 

" Hər şey heç də nağıllardakı kimi deyil.  Tualetə getmək üçün güclə gözlərini açırsan. Yuxular isə həddən artıq realdır. Bəzən həyatımın elə yuxudakı kimi olduğuna inanıram.  Çox vaxt bu yuxular o qədər qorxulu olur ki, oyanmaq istəyirsən, amma alınmır”.


Qız yuxu tutmasının gəlişini 1 həftə öncədən hiss edir. Bütün orqanlar dəyişikliklər baş verir: gözlər zəifləyir, dəri hissiyatını itirir.  Sanki  bədən reallıqla əlaqəsini itirir.


" Ən çətini isə oyanandan sonradır. Beyin  partlayış keçirir. Sən yatanda vaxt gedib, təqvim dəyişib, çox şeylər dəyişib. Bütün bunlara öyrəşmək və rahat olmaq üçün azı 10 gün lazımdır”.

 


Aylarla yatıb oyanmayan tələbə qızın nadir xəstəliyi –  Yatmış gözəl sindromu