Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aylarla itkin düşən qadın metroda doğdu

  • 2025.02.17 22:54
  • 374 Baxış
Aylarla itkin düşən qadın metroda  doğdu

ABŞ-da qadın Nyu-York metrosunun vaqonunda gözlənilmədən uşaq dünyaya gətirib. Ancaq The New York Times-ın yazdığı kimi, məlum olub ki. 2024-cü ilin sentyabrından itkin düşmüş hesab olunurdu.


“Medicina” xəbər verir ki, 25 yaşlı Cenni St-Pyer fevralın 12-də metroda gözlənilmədən sancısı tutub və həkimlər gələnə kimi doğuş başlayıb.

Ətrafdakılar doğuş zamanı qadına kömək ediblər, cib bıçağı ilə göbək bağını kəsib, qatarı saxlayıb və təcili yardım çağırıblar. Cenni və yeni doğulmuş qızı xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir.

Hadisənin görüntüləri tezliklə internetdə yayılıb və Cenninin böyük bacısı bunu görüb.


Məlum olub ki, qadın bir neçə ay əvvəl itkin düşüb. Stefaniya qeyd edib ki, o, bacısının hamiləliyi haqqında bilirdi, lakin onun Nyu-Yorka düşəcəyini ağlına belə gətirə bilməzdi.

Nəvəsinin doğulmasından xəbər tutan Cenninin anasının sözlərinə görə, Cenni evə qayıda bilər - bütün ailə onu gözləyir. Hamilə qadının ilkin olaraq niyə evi tərk etməsi məlum deyil.


Aygün Musayeva