50 yaşlı kişi xəstəxanaya qəribə simptomlarla çatdırılıb. Onun dili qaralıb, üzərində tüklər çıxıb.
Bakupost.az xəbər verir ki, nadir kliniki tibbi hadisə Hindistanda baş verib.
Həkimlər pasiyentə lingua villosa nigra – qara tüklü dil diaqnozu qoyublar.
Məlum olub ki, 3 ay əvvəl insult keçirən kişi iflic olduğu üçün çeynəyə bilmədiyindən yalnız sulu, duru qidalar qəbul edib. Nəticədə xəstənin dilinin səthinin təbii təmizlənməsi baş verməyib. Qaralan dilin üzərində olan ucluqların üzərində dərinin ölü hüceyrələrindən tükə bənzər uzun saplar əmələ gəlib. Orda bakteriyalar kök salıb.
Kerala ştatının Koçi şəhər xəstəxanasının həkimləri xəstənin dilinin təmizlənməsi prosedurlarını aparıb, ağız gigiyenası edərək, qidalanmasını dəyişiblər.
Həkimlər qara dilin antibiotiklərdən, siqaretdən, kofe və alkoqoldan, bəzi xəstəliklərdən ola biləcəyini açıqlayıb.