Hindistanın Qucarat əyalətində ayıları öldürüb cinsi orqanlarını yediyi iddia edilən bir ovçu saxlanılıb.
Medicina.az xəbər verir ki, milli parklardan birində cinsi orqanları kəsilmiş bir ayı cəsədinin tapılmasından sonra hərəkətə keçən polis Yarlen adlı ovçunu Qucaratda meşəlik ərazidə yaxalayıb. Qucaratın sərhəd qonşusu Madhya Pradeş əyalətinin Meşə İdarəsinin məsul şəxsi Riteş Sirothia Yarlenin Pardehi- Behelia qəbiləsinin üzvü olduğunu bildirib. Onlar ayının cinsi orqanının kişidə cinsi gücü artırdığına inanırlar.
Şir də daxil olmaqla bəzi vəhşi heyvanları öldürərək, onların orqanlarının ticarəti ilə məşğul olduğu deyilən Yarlenin fərqli sənədlərdən istifadə etməklə qaçdığı söylənilib. Qeyd edək ki, Hindistanda vəhşi heyvanların ovlanması qadağan olunub.