Yaxın günlərdə plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun Xalq artisti Aygün Kazımovanın əməliyyat etdiyi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, xalq artistinin üzərində 3 növ cərrahi əməliyyat aparılıb.
Medicina.az xəbər verir ki, publika.az-a Aygün Kazımovanın üzərində aparılan cərrahi əməliyyatın hansı hissələrdə aparıldığı ilə bağlı məlumat daxil olub.
İddiaya görə, D.Məhərrəmov sənətçinin daha əvvəl estetik əməliyyatlarından qalan uğursuz hissələri aradan qaldırıb. Belə ki, o, bir müddət öncə Türkiyədə əməliyyat olunan Aygün Kazımovanın qarın nahiyəsində qalan çapıqları götürüb. Digər əməliyyat isə gözün üst qapağına tətbiq olunan estetik cərrahiyədir.
Qeyd edək ki, cərrah A.Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini açıqlamışdı. Buna görə də, sənətçi bu il "Daf Bama Music Awards”da iştirak edə bilməyəcək.