Xalq artisti Aygün Kazımova da koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.
"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirtdim.
Hərarətim 37-38 idi. Hər yerim ağrayırdı. Özümü çox halsız, gücsüz hiss edirdim. Bəxtimə çox yaxşı həkim çıxdı. Onun yazdığı müalicə nəticəsində 10 günə sağaldım. Doğurdan da çox ağır xəstəlikdir", - deyə Kazımova bildirib.