"Aydınçik"in səhhətində problem yaranıb: İrana aparıldı - FOTO
"Aydınçik"in səhhətində problem yaranıb: İrana aparıldı - FOTO
2019.03.16 10:43
7658 Baxış
1970-1980-ci illərin məşhur şanson ifaçısı Aydın Vəliyevin ("Aydınçik") səhhətində problem yaranıb.
Medicina.az xəbər verir ki, tanınmış ifaçı İranın paytaxtı Tehranda xəstəxanaya yerləşdirilib. Yaxınları bildirir ki, "Aydınçik" qaraciyərində yaranmış problemdən şikayətlənir.
Aydınçik (Aydın Salman oğlu Vəliyev) 1957-ci ildə dünyaya gəlib. 1970-1980-ci illərdə şanson stilində ifa etdiyi mahnılarla Azərbaycanda, xüsusilə Bakıda məşhur olmuş müğənni, şair və bəstəkardır.