Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin - Kraliçanın şəxsi həkimindən MÜALİCƏ

  • 2021.07.31 17:11
  • 4741 Baxış
 Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin   - Kraliçanın şəxsi həkimindən MÜALİCƏ


Doktor Mosaraf Ali uzun illərdir ki Böyük Britaniya kral ailəsinin şəxsi həkimi və sağlam qidalanma üzrə mütəxəssisidir.

İl ərzində minlərlə tədbirlərdə iştirak edən 93-yaşlı II-ci Elizaveta bu yaşda sağlam və gümrah olmağına görə o cümlədən bu həkimin metodikalarına borcludur.

Medicina.az xəbər verir ki, doktor Ali bütün dünyada məşhurdur. O, Hindistanda dünyaya gəlib, keçmiş SSSR-də təhsil alıb, vaxtilə məşhur Botkin xəstəxanasında çalışıb, hal hazırda isə İngiltərədə yaşayır. Onu pasiyentləri arasında Keyt Moss, Silvestr Stallone, Maykl Duqlas, Semuel L. Cekson və s. kimi dünya ulduzları, kral ailəsi və həmçinin adi insanlar da var. Doktor Ali sağlamlıq mövzularında 7 kitabın müəllifidir.

Saglamolun.az əfsanəvi həkimin sağlamlıqla bağlı bəzi tövsiyələrini nəzərinizə çatdırır:

1. Yeməyi asta-asta çeynəyin.

2. İstənilən mayeni yeməkdən 45 dəqiqə sonra için.

3. Turş məhsulların istehlakını azaldın.

4. Şirniyyatlar, spirtli içkilər, qızardılmış qidalar, mayalı çörək və istənilən mayalı məhsullardan tam imtina edin. Qəhvənin istehlakını minimuma (gün ərzində 3 fincan) azaldın.

5. Günorta yeməyindən sonra dincəlin, bir qədər uzanın, yatın, meditasiya edin. Şam yeməyindən sonra isə əksinə hərəkət edin, gəzməyə çıxın.

6. Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin, yalnız bal əlavə olunmuş ot çayları için.

7. Dərmanların qəbulunu minimuma çatdırın, xüsusilə bu antibiotiklər və göbələkəleyhinə preparatlara aiddir.

8. Tez-tez təbiətlə ünsiyyətdə olun. Bu insanın ruhunu dincəldir, stressi azaldır.

9. Yalnız təzə meyvə və tərəvəzləri yeyin. Konservləşdirilmiş, duza qoyulmuş, şirədə bişirilmiş meyvə və tərəvəzlərdən imtina edin.

10. Gün ərzində 6-8 stəkan su için.

11. Gün ərzində 5 dəfə kiçik porsiyalarla qida qəbul edin.

12. Saat 23.00-dan gec olmayaraq yatmağa gedin.

13. Kifayət qədər protein qəbul edin.

14. Mal ətinin istehlakını azaldıb toyuq və hind toyuğu ətinə üstünlük verin.

15. Yoqa ilə məşğul olun, belinizi düz tutun, massaj və özünü massaj mütləqdir.

/saglamolun.az/