Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqqabı və ya geyimlər sizi sıxırsa səbəbi fil xəstəliyi ola bilər

  • 2021.03.09 13:43
  • 8235 Baxış
Ayaqqabı və ya geyimlər sizi sıxırsa səbəbi  fil xəstəliyi ola bilər
Fil xəstəliyi olaraq bilinən, lenfödem limfa sitemindəki dolaşım pozuntusu səbəbi ilə toxumalarda maye yığılması nəticəsində meydana gəlir. Qol və ya ayaqda gərginlik, ağırlıq, uyuşma hissi, geyim ya da ayaqqabıların dar gəlməsi kimi şikayətlər fil xəstəliyinin xəbərçisi ola bilər.

Medicina.az xəbər verir ki, bu xəstəlik anadangəlmə ola biləcəyi kimi sonradan da qazanıla bilər. Çox zaman qadınlarda rastlanılır və ayaqlarda görülür. Bundan başqa travma, şişkinlik, xərçəng kimi xəstəliklərdə də rastlanıla bilər. Xəstələrin lenfödem bölgəsində qızartı, şişlik və istilik aşkar tez bir zamanda həkimə müraciət etməlidirlər.

İnkişaf etmiş ölkələrdə lenfödemin ən çox rastlanan səbəbi xərçəngdir. Günümüzdə ən çox süd vəzi xərçəngindən sonra qol və ayaqlarda şişliklik yaranır. Prostat, yumurtalıq və bağırsaq xərçəngindan sonra isə qarın və ayaqda, genital hissədə lenfödem yarana bilər.

Lenfödemin qarşısını almaq üçün ideal çəki qorunmalı, idmanla məşğul olunmalıdır. Riskli bədən hissələri zərbədən qorunmalı, dəri və dırnaq baxımına önəm verməli, duşdan sonra və gün ərzində nəmləndirici kremlərdən istifadə edilməlidir. Baxçada və ya mətbəxdə işləyərkən qoruyucu əlcəkləri taxmaq lazımdır. Riskli qoldan peyvənd olunmamalı, lenfödemli bölgə çox soyuq və ya istiyə məruz qalmamalıdır. Qolu, ayağı sıxan geyim və ya təzyiq kimi alətlərdən uzaq durulmalı, günəş altında çox qalınmamalıdır.