Alma sirkəsi – sirkələrin anası hesab olunur. O, ilk növbədə antibakterial və göbələkəleyhinə təsirlidir. Medicina.az alma sirkəsinin bilmədiyiniz müalicəvi tətbiqlərini təqdim edir.
-Boğazın ağrıyanda, anginada, faringitdə- qarqara et. Bir stəkan isti suda 4 xörək qaşığı sirkə həll et.
-Burunu təmizləyən nazal vasitədir. İş ondadır ki, sirkədə B, E, kalsiy və maqniy var. Bu mikroelementlər burun yollarını təmizləyir, allergiya tutmasını sakitləşdirir.
-Başdakı kəpəyi aparır. Alma sirkəsi baş dərisinin PH balansını normallaşdırır, qaşıntını götürür, bakteriya və göbələkləri öldürür.
-Gecə əl-ayaq qıcolmalarını aradan qaldırır. Bunun üçün ayaqları sirkəli suda vanna etmək və 2 xörək qaşığı sirkəni bir stəkan isti suda həll edib, yatmazdan əvvəl içmək.
-Ayaqlardakı qoxunu aradan qaldırır. Ayaqdan qoxunun səbəbi mikrob və göbələkdir. Alma sirkəsini salfetlə isladıb, ayaqlara qoymaq lazımdır.
-Köp və meteorizmdən xilas edir. Bir çay qaşığı sirkəni suda həll edib, hər dəfə yeməkdən əvvəl qəbul edin.
-Ayaq damarlarını yaxşılaşdırır. Varikozu olan insanlar alma sirkəsi vannası edib, damarlar çıxan nahiyəyə sirkədə isladılmış tənzif qoya bilər.