Lentvari qurd daha çox itlər, ev heyvanları və iribuynuzlu mal-qarada rastlanır.
Həkimləri şoka salan fakt 35 yaşlı fransız qadının orqanizmində aşkarlanıb.
Medicina.az xəbər verir ki, 3 ay ərzində ayaqlarında getdikcə artan gücsüzlük səbəbindən xəstəxanaya gəlir. Artıq o, ayaq üstə belə dayana bilmirdi.
Həkimlər qan analizində hansısa infeksiyanın olduğunu aşkarlayır. Amma digər müayinələrlə ayaqların hərəkətinə mane olan səbəbi tapa bilmirdilər. Onurğanın MRT-si IX döş qəfəsi fəqərəsində zədələnmə ocağı aşkar edir.
Bu nə yırtıq idi, nə də onurğa problemi. Həkimlər xəstəni əməliyyata alaraq zədələnmiş nahiyəni kəsərək, protezlə əvəz etdilər. Məlum oldu ki, fəqərəni exinokokk qurdu zədələyib, hansı ki, bu qurd itlərdə olur.
Təsadüfən insana keçə bilən bu qurd inkişaf edərək daha çox qaraciyər və ağciyərlərində yer alır, amma nadir hallarda mərkəzi sinir sistemi orqanlarını da zədələyə bilir.
İnsana keçən parazitin özünü biruzə verməsi üçün illər lazım olur.
Fransalı pasiyent daha çox iribuynuzlu heyvanlarla kontaktda olduğunu bildirib. Əsas odur ki, o ömürlük şikəst qalmaqdan xilas edilir.
Əməliyyatdan 10 ay sonra infeksiya ocağı tamamilə təmizləndi.