Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqların şişməsi bu xəstəliyin əlamətidir

  • 2018.03.26 10:17
  • 35768 Baxış
Ayaqların şişməsi bu xəstəliyin əlamətidir
Ayaqlarda şişkinlik və ağrı əlamətləri ağciyər xərçənginin ilk əlaməti ola bilər.


Medicina.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə döş cərrahiyyəsi üzrə türkiyəli mütəxəssis Özkan Demirhan məlumat verib. Onun sözlərinə ayaqlarda damar tıxanması varsa, onun yaranma səbəbləri mütləq araşdırılmalıdır. Çünki bu vəziyyət bir çox hallarda ağciyər xərçənginin ilk əlamətiləri hesab olunur.


Ekspert bildirib ki, ağciyər xərçəngindən əziyyət çəkən xəstələrin ayaqlarında şişkinlik və ağrılar tez-tez müşahidə olunur:


"Ayaqların şişməsi və ağrılar ağciyər xərçənginin əsas əlamətlərindən biridir. Odur ki, ayaqların şişməsinə laqeyd yanaşmaq olmaz. Bu bizə birbaşa xərçəngə bağlı laxtalanma pozğunluğu olduğunu göstərir. Çünki xərçəng xəstələrinin qanundakı struktur pozuntuları laxtalanmaya gətirib çıxarır.


Bu vəziyyətə etinasızlıq həyati təhlükə doğura bilər. Bəzən buradakı laxtanın ağciyərə getməsi nəticəsində ağciyər emboliyası dediyimiz çox ciddi hallara yol açır. Bu səbəbdən də mütləq erkən tədbirlər görülməlidir.


Ağciyər xərçənginin diaqnozu qoyulmuş xəstələrdə əməliyyat zamanı və əməliyyatdan sonra, hətta əməliyyat olmayacaq xəstələrdə belə ayaqlarda damar tıxanması meydana gəlir.


Xəstələr xərçəngdən dünyasını dəyişməsə belə, damarların laxtalanması nəticəsində xəstə həyatını itirə bilər. Bu laxtalar həkim nəzarətində tibbi yolla müalicə edilir. Müalicə mərhələsində qan durulaşdırıcılar olmaq üzrə, dərmanlardan, iynə və antiembolik corablardan istifadə edilir”