Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqları soyuq saxlamaq immuniteti zəiflədir

  • 2019.11.15 16:20
  • 17694 Baxış
Ayaqları soyuq saxlamaq immuniteti zəiflədir
Alimlər immuntitetə zərbə vuran səbəbləri açıqlayıb. Onlardan biri də ayaqların soyuq olmasıdır. Soyuq aylarda ayaqların, dabanların soyuq olması, isti saxlanılmaması sistemlərə zərbə vurur.


Medicina.az xəbər verir ki, ayaqlar soyuq olduqda bədən istiliyin itirilməsinin qarşısını almaq üçün qan damarlarını sıxır. Bu zaman daxili orqanların selikli qişa və toxumaları lazımi qədər qan almır. Elə bunu fürsət bilən zərərli virus və bakteriyalar orqanizmə asanlıqla keçib yayılır.


Ona görə immunitetə dəstək vermək üçün mütləq ayaqların isti qalmasını təmin etmək lazımdır. Qışda istilik verməyən ayaqqabılardan uzaq olun, ayaqları isti saxlayacaq yun corablar seçin, hətta yatanda da corab geyinin.