35 yaşlı qadın 1 il idi ki, ayaqlarının qaşınmasında əziyyət çəkirdi. Onun sözlərinə görə, bütün günü, xüsusən gecələr ayaqlarını yara olana kimi qaşıyırdı. Bundan əlavə işdə ayaq üstə yatır, gücü azalırdı. Lakin bundan başqa bir simptomu olmayan qadın həkimə getmirdi.
Medicina.az xəbər verir ki, Ceyd Bolduin xəstəxanaya tənəffüsündə problemlər yaşananda düşür. İnfeksiyaya görə antibiotik qəbul edən qadının birdən-birə nəfəs alması çətinləşib. Müayinələr zamanı xəstəyə Hockin limfoması diaqnozu qoyulur. Qəribəsi odur ki, limfa sisteminin xərçəngi olan bu xəstəlikdə pasiyentin boyun, qolaltı limfaları böyüməmişdi.
Təəssüf ki, xəstəliyin 4-cü dərəcəsində olan qadına həkimlər ümid verə bilmir. Bolduin müalicəsini alır, amma metastaz başlayıb. O, pul yığaraq immunoterapiyaya və kök hüceyrə köçürülməsinə hazırlaşır. Güman var ki, bu metodla xəstəlikdə remissiya əldə olunacaq.