Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqlardan infarkt riskini müəyyən edən cihaz hazırlandı

  • 2024.04.19 22:04
  • 1094 Baxış
Ayaqlardan infarkt riskini müəyyən edən cihaz hazırlandı
Böyük Britaniyada startaplardan biri insanın ayaqlarından ürək çatışmazlığı əlamətlərini aşkar edə bilən, süni intellektlə işləyən cihaz hazırlayıb.

Medicina.az xəbər verir ki, Kembricdə yerləşən “Heartfelt Technologies”in ərsəyə gətirdiyi cihaz daha çox xəstəxanadan çıxan ürək xəstələrinin vəziyyətini təqib etmək çün nəzərdə tutulub. Cihaz şişkinliyi yoxlamaq üçün yalın ayaqları skan edərək xəstənin vəziyyətini müəyyən edir.

Bildirilir ki, ayaqların şişməsi insanın infarkt keçirmə riskinin olduğunun göstəricisidir. Bu, infarktdan iki həftə əvvəl ortaya çıxa bilər. Çox vaxt xəstənin diqqətindən yayındığı bildirilən bu əlaməti cihaz sayəsində dərhal müəyyən etmək olacaq.

“Heartfelt Technologies” şirkətinin süni intellektlə işləyən cihazı xəstələrin evində quraşdırıla və hər yeriyəndə ayaqlara avtomatik nəzarət edə bilir. İdeya, cihazı ürək problemləri olan, xəstəxanadan buraxılmış xəstələrin evlərinə yerləşdirməkdir. Bu təşəbbüsün xəstəxanaya müraciətlərin dörddə üçünün qarşısını ala biləcəyi iddia edilir.

“Heartfelt Technologies”in baş elmi işçisi Dr. Oriyen Çasio deyir:

“Sistem evdə xəstələrin kameranın yanından keçərkən ayaqlarının həcmini passiv şəkildə izləyir. Bu xəstələrin hər hansı bir şey etməsinə, hər hansı bir şey geyinməsinə və ya nəyisə xatırlamalarına ehtiyac qalmır. Biz hesab edirik ki, bu, xəstələrin qaydalara tam riayət etməsini izləmək üçün yeganə uyğun yanaşmadır.

Ürək çatışmazlığından əziyyət çəkən insanlar xüsusi dərmanlarla müalicə edilə bilər, lakin xəstəxanadan çıxdıqdan sonra dərmanların düzgün qəbulunu təmin etmək üçün onlara daimi nəzarət lazımdır”.

Ayaqqabı qutusu ölçüsündə olan cihaz xəstələrin yerişini avtomatik izləmək üçün optik sensor və 3D kameradan istifadə edir.

Şirkətdən verilən məlumata görə, Avropada Tibbi Cihaz Direktivinə (MDR) uyğun olaraq tənzimlənən cihaz artıq dünyanın bir çox yerində istifadə olunur.

"Cihazımız xəstələrdən heç bir şey tələb etmədiyi üçün məlumatlar xəstələrin özünü qiymətləndirməsinin cari qaydasından daha ardıcıl və daha dəqiq şəkildə toplana bilər", - şirkət səlahiyyətliləri qeyd ediblər.


Aysel