Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqlardakı ulduz damarcıqlar nəyin əlamətidir?

  • 2024.01.30 20:13
  • 1253 Baxış
Ayaqlardakı ulduz damarcıqlar nəyin  əlamətidir?

Ayaqlarda olan ulduz kimi damarcıqlar nədən yaranır və əməliyyat olunmalıdırmı?


“Medicina” xəbər verir ki, fleboloq Sergey Yakuşkin ulduz damarcıqların aradan götürülməsinə tibbi göstəriş olmadığını bildirib.

“Çox insanlar nazik qırmızı, göy kapilyarlardan ibarət toru varikoz adlandırır. Bu cür ulduz damar şəbəkəsi varikoz deyil, onlar ayaq səthindədir və estetik defektdir.

O da damar xəstəliyidir, amma başqa kateqoriyaya aiddir. Sağlamlıq üçün heç bir təhlükə daşımadığı üçün götürməyə gərək yoxdur.

Varikoz isə venaların patoloji genişlənməsi və qapaq çatışmazlığıdır.

Ayaqlarda varikoz zamanı bədənin yuxarı hissəsi – ürək, beyin, ağciyərlərə qan dövranım pozulur, qan daim aşağı ətraflarda durğunlaşır.

Varikoz damar mütləq xaric edilməlidir, əks təqdirdə proses artacaq və daha çox sağlam venaları əhatə edəcək.

Varikoz zamanı ayaqlarda trofik xoralar əmələ gəlir ki, onun da müalicəsi çətindir”.


Aygün Musayeva