Ayaq göbələyi çox yayılmış bir dəri problemidir. Medicina.az xəbər verir ki, bir çox insanda bu problem ən azı bir dəfə yaşanır. Əsasən yetkinlik çağına çatmış gənclərdə və yetkinlik yaşını keçmiş kişilərdə bu problemə daha çox rast gəlinir. Ancaq qadınlarda və 12 yaşa qədər uşaqlarda daha az rast gəlinir. Ayaqda dəri soyulmaları baş verərsə, dərhal qabaqlayıcı tədbir görülməlidir. Çünki səthi soyulan ayağın dəridən sonrakı təbəqəsi incə və həssas olur. Həmin şəraitdə göbələk uzunömürlü olur. Asanlıqla müalicə olunsa da, uğurlu müalicədən sonra da təkrar baş verə bilər. Ayaq göbələyinin tibbdəki adı "Tinea Pedis” adlanır. Həmin mikrob, göbələk adlanan kiçik gözlə aydın seçilməyən bitki kimi bir orqanizmdir. Göbələklər qaranlıq, nəm və isti mühitdə daha yaxşı inkişaf edir.
Əlamətləri:
Qaşınma, ayaqda isinmələr, həmin nahiyənin sızıldaması;
Ayaqda qızartılar, dabanda, barmaqlarda və ya dırnaqlarda qızartılar;
İçi sulu yaralar, həmin yaraların qabıq bağlayıb daha sonra tökülmələri;
Dırnaqda rəng dəyişikliyi, qalınlaşma, kobudlaşma
Səbəbləri:
Ayaqlar tərlədiyində əhəmiyyətsiz yanaşma;
Uzun müddət ayaqqabıda qalması və sıx olması;
İctimai idman mərkəzlərində ayaqyalın gəzmək;
Üzmə hovuzunun təmizliyinə riayət etməmək;
Hamamdan sonra ayaqları və barmaqların arasını qurulamamaq;
Ümumi pedikür dəstindən istifadə etmək
Mübarizə üsulları:
Hər gün ayaqlarınızı yuyun və corablarınızı yeniləyin;
Pambıq və nəmçəkən corab geyinin;
Ayaqyalın halda nəm səthlərə addım atmayın;
Ailə üzvləri ilə birlikdə ümumi başmaq və dəsmal istifadə etməyin;
Ayaqlarınızı dəsmal və ya saç qurudan fenlə yaxşıca qurudun;
Xüsusilə yaz aylarında uzun müddətli və sıx ayaqqabı geyinməyin. Sandallar, şəpitlər kimi daha rahat məhsulları seçin;
Unutmayın ki, pedikür dəstiniz sizin üçün şəxsi olmalıdır;
Ayaqlarınıza və ya ayaqqabılarınıza göbələk tozu ya da göbələk spreyi tökün.