Narahat ayaqlar sindromu tez-tez rast gəlinən, ancaq çox az insanın bildiyi, yuxu pozğunluğuna səbəb olan bir sindromdur.
Xəstələr ayaqlarında ağrı, yanma, iynə batma, sıxılma kimi xoş olmayan, onları hərəkət etməyə məcbur edən hisslərdən şikayətlənirlər. Bu hisslər yatarkən, uzanarkən, oturarkən başlayar, hərəkət etdikcə azalar və ya tamamilə itər.
İlk günlərdə gecələr yatarkən və ya axşam saatlarında başlasa da, sonralar gündüzlər də bu hisslər xəstəni narahat etməyə başlayır. Pasiyentlərdə yuxu pozğunluğu yaranır, uzun yol getdiklərində, oturduqlarında ayaqlarını hərəkət etməyə başlayarlar, yerə vurarlar və ya masaj edərlər.
Pastelinizin altına sabun qoysanız nəticəyə inanmayacaqsınız.
Türkiyəli məşhur həkim bu xəstəlik üçün sabun məsləhət görür. Bəs bu maraqlı təklif narahat ayaq sindromunda necə təsir göstərir?
Medicina.az mövzu ilə bağlı bu və ya digər maraqlı məlumatları təqdim edir.
Narahat ayaqlar sindromu idiopatik və simptomatik olaraq 2 qrupa ayrılır.
Əksərən genetik olur. Bu narahatlığın altında böyrək çatışmazlığı, parkinson xəstəliyi, diabet kimi səbəblər yata bilir. Qəbul olunan bəzi dərmanlar , həmçinin hamiləlik ərəfəsi də bu duruma təkan verir. Dr. Mehmet Öz isə bu problemə həll yolu təklif edir. Hələ ki, bu üsulun elmi təsdiqi olmasa da, məlumdur ki, sabunda olan natrium xlorid bədəndən dəriyə girə bilir.
LAVANDA SABUNU
Amerikada yaşayan həkim bu vəziyyətdən nisbətən xilas olmaq üçün, rahatladan xüsusiyyətinə görə lavanda sabununu məsləhət görür. Belə ki, quru sabunu pastelin altında qoyub yatmaq da təsirlidir. Baldırları ilıq su ilə lavandalı sabunla masaj edə-edə yumaq məsləhətlidir.
Qeyd edək ki, müalicəsində dofaminergik dərmanlardan istifadə olunur. Bundan əlavə belə xəstələr yuxu rejiminə fikir verməli, yatmazdan öncə çay, kofe kimi içkilərdən istifadə etməməlidirlər, ayaqlarını ilıq su ilə yuyarkən və masaj edərkən də bu əlamətlərin azaldığını hiss edəcəklər.