Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqlarda trofik xoranın müalicəsi

  • 2021.10.26 16:04
  • 4041 Baxış
Ayaqlarda trofik xoranın müalicəsi

Trofik xora - sərbəst nozologiya deyil, o, bir sıra xəstəliklərin fəsadlaşması nəticəsində aşağı ətraflarda formalaşan patoloji proses olub, dərinin və yumşaq toxumaların trofik defektidir.

Ayağınızda aşağıdakı əlamətləri hiss edirsiniz?

-Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi
-Aşağı ətraflarda göynəmə, qaşınma ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması
-Ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...
-Bu simptomlar müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər
-Trofik xoraların yaranma səbəbləri:

-Arterial damar şəbəkəsinin problemləri (ateroskleroz, stenoz, okklüziya,obliterasiyaedici trombangiit, xroniki arterial çatışmazlıq)

- Venoz problemlər (varikoz, tromboflebit, tromboz,
xroniki venoz çatışmazlıq )

- Şəkərli diabetin gecikmiş fəsadları (diabetik angiopatiya, diabetik neyropatiya, osteoartropatiya). Diabetik pəncə.

-Neyrogen mənşəli (baş beyin və onurğa beyin travmaları,
neyropatiyalar), autoimmun xəstəliklər, infeksion mənşəli və. s

Əgər yuxarıda sadalanan əlamətləri özünüzü hiss edirsiniz vaxt itirmədən həkimə müraciət etmək mütləqdir.


Pasiyent Güləhmədov Ravil klinikamıza bu gün sol baldırın ön divarında nekrozlaşmış xora ilə əlaqədar müraciət etmişdir.
Terapevt həkim Arzu Musayevanın məsləhəti ilə müayinələrə başlanmışdır.

Sizin də ayaqda sağalmayan trofik xoralarla bağlı şikayətiniz varsa gecikdirmədən həkimə müraciət etsəniz,ağırlaşmanın qarşısı alınar və qısa müddətdə sağlamlığınıza qovuşa bilərsiniz.

Ətraflı məlumat üçün:

- (012)430 89 89
-(050,055,070) 430 89 89
-055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI