Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqlardakı bu dəyişiklik koronavirusda ola bilər

  • 2020.10.30 16:40
  • 6465 Baxış
Ayaqlardakı  bu dəyişiklik koronavirusda ola bilər

Koronavirus infeksiyasının simptomları yalnız öskürək, qızdırma və qoxu duyğularının itməsi deyil, həm də ayaq barmaqlarınızda qıcıqlanma ilə özünü göstərə bilər.

Medicina.az xəbər verir ki, Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatoloji Akademiyasının alimlərinin açıqlaması yayımlanıb.

Bildirilib ki, xəstələrin müayinəsi zamanı bir çoxunun ayaq barmaqlarının, ayaqlarının şişmiş və qızarmış vəziyyətdə olduğu üzə çıxıb. Kənardan bu, don vurmasına bənzəyib.

Simptomların bir həftədən dörd həftəyə qədər ortaya çıxdığı qeyd olunub. Ancaq bəzilərində bir neçə ay davam edib. Ağır hallarda qıcıqlanma ayaqların şişməsinə səbəb olub. Mütəxəssislər infeksiyanın bu təzahürünün səbəbini hələ müəyyənləşdirməyiblər.