Ayaqlarda spazmlar fərdi əzələ liflərinin kəskin, ağrılı və qeyri-iradi daralması kimi xarakterizə olunur.
Qollarda, ayaqlarda, omba və qarın nahiyyəsində ağır fiziki gücdən sonra, idman edərkən və hətta istrahət zamanı baş verə bilər.
“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksey Şibalyevin sözlərinə görə, əzələ spazmları ciddi xəstəliklərin simptomlarından biri ola bilər. Bəzi patologiyalar asanlıqla düzəlir, digərləri isə cidid terapiya tələb edir.
“Qaraciyər sirrozu, xroniki böyrək çatışmazlığı, ayaql damarlarının aterosklerozu, varikoz genişlənmələri, paratiroid vəzlərinin funksiyasının azalması, şəkərli diabet, anemiya, epilepsiya və sairə çox spazmlara gətirib çıxarır.
Bəzi əzələ spazmalarına beta-blokerlər, diuretiklər, statinlər, kortikosteroidlər, nifedipin, simetidin, prozerin, immunosupressantlar, oral kontraseptivlər, parkinsonizm, osteoporoz, Alzheimer xəstəliyinin müalicəsi üçün qəbul edilən bəzi dərmanlar səbəb olur.
Nisbətən sağlam insanlarda əzələ spazmalarına spirt, kofein, nikotinin həddindən artıq qəbulu təsir edir.
Əzələ spazmı risk qrupuna bu insanlar daxildir: idmançılar, hamilələr, yaşlı insanlar, 3 yaşadək uşaqlar.
Spazmlar kalsium, maqnezium, kalium mübadiləsinin pozulması nəticəsində yarana bilər. Bura vitamin D və B defisiti də daxildir”.
Günay Quluzadə