Ayaqlarda ağrılar aşağı ətrafların sümük –dayaq sisteminin xəstəlikləri, daxili xəstəliklər və autoimmun səbəblərdən ola bilər. Ayaqlarda olan arterial və venoz çatışmazlıqdan da ayaqlar ağrıyır. Diabet xəstələrində isə diabetik neyropatiya inkişaf edir ki, bu zaman sinirlər belə zədələnir.
Ayaqlarda olan ağrıların ilk simptomu ayaqlarda olan yorğunluq, dərinin quruması, pəncədə yanğı, dabanda çatlardır. Təəssüf ki, insanlarımız bu ilkin simptomlara önəm verməyib, yorğunluqdandır deyib keçir və bir neçə ay sonra artıq ciddi ağrılarla üz-üzə qalır.
Bioloji Təbabət klinikasının həkim terapevti Arzu Musayeva ayaq ağrılarının müalicəsi ilə bağlı Medicina.az-a məsləhətlərini verdi.
" Aşağı ətraflarda arteriyalar kimi iri qan ötürücü damar şəbəkəsində qan dövranının pozulması ilə ayaqların oksigenlə təminatı pozulur, hüceyrələrdə aclıq başlayır. Metobolizm psosesi zamanı ayrılmış maddələr isə venoz damarlar şəbəkəsi ilə lazımi orqanlara ötürülərək təmizlənmə gedir. Arteriyalarda ateroskleroz prosesinin başlaması, damar mənfəzinin tutulması və tıxanması ayaqlarda ağrılar yaradır. Aşağı ətraflarda venaların genişlənməsi gələcəkdə trombozların yaranmasına gətirib çıxaracaq. Gecələr uyuşma, qıcolmalar, ayaqlarda şişkinlik arterial damar şəbəkəsində gedən proseslərdən qaynaqlanır. İnsan gecə yatdıqda horizontal vəziyyətdə olduqda arterial damarlardan qaynaqlanan ağrılar şiddətlənir.
Ayaqdakı ağrıların səbəbi mütləq tapılmalıdır. Ondan sonra Biolotənzimləyici preparatlar, bioloji təbabət üsulları ilə 10-12 seansa aradan qaldırmaq mümkündür. Bu zaman qan dövranını yaxşılaşdıran preparatlar, fizioterapevtik üsullar tətbiq olunur. Ənənəvi təbabətdən fərqli olaraq bizim preparatların digər orqanlara əks təsiri olmur. Bilirik ki, bu xəstələrə analgetiklər, ağrıkəsicilər, hormonal preparatlar təyin olunur. Uzun müddət qəbul etdikdə o preparatlar daha təsir etmir. Bioloji təbabətdə kiçik dozalarla uzun müddətli müalicə və nəticə əldə etmək mümkündür. Xəstələr ayaqlardakı problemləri ağırlaşdırmadan müraciət etsinlər, xüsusən şəkərli diabet xəstələri ağrı az hiss etdiklərindən onların ayaqlarındakı problemi yalnız həkim görə bilir. Çox xəstələr ölkədə və ölkə xaricində klinikalar gəzdikdən sonra bizə üz tuturlar.
Bioloji təbabət klinikasında amputasiyaya göstəriş olan ayaqlar belə uzun müddətli müalicə ilə sağaldılıb”.
Bizimlə əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Instagram: bioloji.tebabet
Hormetli hekim, menim pencelerimmde ve dabanlarimda giziltili agri var. Dehsetli agri deyil, ama, giziltili agrilardan yatmak bele mene cetin olur. Ayagimin herareti normal olmasina baxmayarak, ayagimi cox soyuq hiss edirem, en cox geceler harahat edir. Hormet ve ehtiramla cavabinizi gozleyeceyem.
Şərhiniz hekim menim pencemde giziltili agri var nece gundu dehsetli agri deyil ama giziltili agridi birde mende reyno xesteliyi var onnan ola biler
Salam Hekim yoldaşımın sağ ayağında dizdən aşağı ağrıları olur bu ağrı hansı xəstəliyin səbəbi olar zəhmət olmasa cavablandirardiniz
Ayaqlarimin muxtelif nahiyelerinde keskin agrikar var baldirimda sixilmalar ve usume olur