Apteklərdə ucuz qiymətə satılan Xlorofillipt məhlulu bir çox problemlərin dərmanıdır. Ondan hələ Sovet dövründə tibb bacıları, həkimlər ayaqlarında çıxan sümüyə çəkərdilər.
Baş barmaq yanında sümük çıxıntısından əziyyət çəkənlər üçün qəpik-quruşluq bu vasitə iltihabı azaldır, sümüyün böyüməsinin və ağrının qarşısını alır.
Medicina.az sizə də kömək edə biləcək resepti təqdim edir.
Xlorofilliptin yağlı məhlulu, Dimeksid və şpris götürülür. 3 ml Xlorofillipt və 1 ml Dimeksid şprislə çəkilib, plastik stəkanda qarışdırılır.
Tənzif və ya pambıq bu qarışıma isladılıb, sümüyün üzərinə kompress qoyulur və 20 dəqiqə saxlanılır. Səhər və axşam edilir.