Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqda podaqraya səbəb olan 5 balıq növü - Sidik turşusunu artırır

  • 2022.09.30 17:02
  • 3089 Baxış
Ayaqda podaqraya səbəb olan 5 balıq növü  - Sidik turşusunu artırır

Purin birləşmələri orqanizmdə sidik turşusunu artıraraq, oynaqlarda turşu kristallarının toplanmasına səbəb olur.

"Medicina" xəbər verir ki, həkim Zaxarova ayaqda sümük çıxıntısına- podaqraya səbəb olan balıqları sadalayıb.

"Purin birləşmələri həm orqanizmin daxilində sintez olunur, həm də bəzi qidaların qəbulundan yaranır.

Qanında sidik turşusu çox olanlar və podaqra xəstələri bu qidaları məhdudlaşdırmalıdır.


Purinlə zəngin balıqlar: ançouslar, sardina, seld, midiya, treska, foreldir.
Bu balıqlardan başqa digər balıqları da az qəbul etmək lazımdır.


Digər purin səbəbkarları: bütün növ alkoqol içkiləri, bekon, hind quşu əti, inək əti, mal qaraciyəridir.
Purin çoxluğu artritlərə də səbəb olur".

Aygün Musayeva