Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqda olan dəyişikliklər qaraciyərdəki problemdən xəbər verir

  • 2021.09.17 16:15
  • 2497 Baxış
Ayaqda olan dəyişikliklər qaraciyərdəki problemdən  xəbər verir
Ayaqlarda olan bəzi dəyişikliklər əslində qaraciyər problemlərinin güzgüsüdür.

Medicina.az xəbər verir ki, Bioloji təbabət klinikasının terapevti Təranə Zeynallı ayaqlardakı qəhvəyi, qırmızı nöqtələrə diqqət çəkib.

- Baldırın aşağı hissəsində müxtəlif ölçülərdə olan,sanki parıldayan qəhvəyi qırmızı nöqtələr.
- "Damar ulduzcuqları",aşağı ətrafların varikoz genəlməsi.

- Çatlamış dabanlar. Bu,daha çox Vit B3 və omega 3 yağ turşularının çatışmazlığıdır.Qaraciyərin əsas funksiyalarından olan öd ifrazı pozulduğu üçün omeqa yağ turşularının,eləcə də yağda həll olan və dərinin vəziyyətinə cavabdeh olan A,E vitaminlərinin mənimsənilməsinə çətinlik törədir.

- Pəncələrdə qaşınma.Daha çox pəncəaltı nahiyədə olması qaraciyərdə durğunluq əlaməti ola bilər-ödün axması pozulduğu üçün yenidən qaraciyərə qayıdır,bu,allergik mediatorlar olan histaminlərin yığılmasına və qaşınmaya səbəb ola bilər.

- Pəncəaltında ağrı və iltihab.Bu,çox vaxt plantar əzələ fassiiti kimi qiymətləndirilir,amma qaraciyər problemidir.
- Pəncələrdə yanma hissi.

- Ödemlər.Barmaqla basdıqda ödemin batıb qalması qaraciyərdən ola bilər.

- Dırnaqlarda göbələk,saçda kəpək,dəridə psoriaz. Bağırsaq mikroflorasının pozulması (disbakterioz) qaraciyərin detoksikasiya funksiyasını da poza bilir.


- Qaraciyər problemlərini törədən nədir?

Qeyri-düzgün qidalanma-sadə şəkərin (ağ undan hazırlanmış məmulatlar,qənd və s.) hədsiz qəbulu,kimyəvi dərmanlar,çiy tərəvəzlərin az istifadə olunması,nəticə etibarilə orqanizmdə biokimyəvi reaksiyaların getməsi üçün lazımi fermentlər və natamam parçalanma məhsullarının zərərsizləşdirilməsi üçün antioksidantların qıtlığı,alkoqolun hədsiz qəbulu zamanı azot şlaklarının artması.

- Biotənzimləyici terapiyanın prinsiplərinə əsasən orqanizmin drenaj-detoksikasiyasının aparılması,toksinlərdən azad edilməsi,immunomodulyasiyası və bərpası hesabına bütöv orqanizmdə özünütənzimləmə proseslərinin bərpa olunmasına nail olunur.

Ətraflı məlumat üçün:

- (012)430 89 89
-050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI