Amerikalı tibb tədqiqatçıları ayaqların dərisində baş verən probleminşəkərin xəbərçisi ola biləcəyini sübut ediblər.
Medicina.az xəbər verir ki, ayaq dərisində görünən kseroz adlanan simptom məhz şəkəri yüksək xəstələrdə və preddiabet mərhələsində olan insanlarda çox görülür.
Kseroz – dərinin həddən artıq quruması, qaba, kobud olması, qabıqlanması, çatlaması və qaşınmasıdır. İrəli mərhələdə dirsək, dabanlarda iri sağalmayan ağrılı çatlar əmələ gəlir.
Bu hal onunla izah olunur ki, qanda daim yüksək olan şəkər orqanizmin su, maye itkisinə yol açır.
Xəstələr dərilərində baş verən bu dəyişikliklərə vaxtında fikir vemir, elə bilirlər ki, çox gəzməkdən və ya dərinin qurumasından dabanda çatlar əmələ gəlib. Halbuki çoxdandır onların qanında şəkər çoxalıb. Bu əlamət istər I, istərsə II tip diabetlərdə olur və sonra şəkər xəstələrində diabetic pəncə və qanqren kimi fəsadlara yol açır.
Ona görə ayaqlarınızda quruluq, qabıqlanma, dabanlarda çatlar, yarıqlar əmələ gəlibsə, dabanın kənarı qızarıb, iltihablanırsa, o zaman qanda şəkəri yoxladin.