Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaq venalarında şişkinlik yaradan 3 içki

  • 2022.10.18 16:12
  • 1691 Baxış
Ayaq venalarında şişkinlik yaradan 3 içki

Ayaqlarında varikoz damar problemi olan insanlar bəzi içkilərdən uzaq durmalıdır.

"Medicina" xəbər verir ki, daha çox qadınlarda rast gəlinən damar problemində klapanlar qana imkan vermir ki, ayaqlardan ürəyə normal qayıtmağa imkan vermir.

Müəyyən içkilər var ki, içildikdə xəstələrdə vəziyyəti daha da pisləşdirə bilər.
Ailə həkimi Tatyana Zaxarova bu içkiləri açıqlayıb.

"Damar sisteminə təsir edən içkilər qəhvə, çay, şirin içkilər və alkoqoldur.

Yüksək miqdarlı şəkərli içki qan dpvranını pozub, venaların tutulmasına səbəb olur.

Şəkər suyu özünə hopdurur, vena divarlarını genişlənməyə məcbur edir, nəticədə şişir və klapanlar daha pis işləyir.
Alkoqol isə varikoz genişlənməni artırır. O, ürəyə yüklənməni çoxaldır.

Alkoqolun təsirindən daban və ayaqlarda venalara təzyiq yüksəlirş. Nəticədə xroniki venoz çatışmamazlıq daha da ağırlaşır.

Müəyyən içkilərdən sonra ayaqlarınızdakı venaların şişməsinə diqqət yetirin".

Aygün Musayeva