Yüksək xolesterol infarkt və ya insult baş verənə qədər, nadir hallarda simptomlara səbəb olur.
“Medicina” xəbər verir ki, həkim – kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, ayaq barmaqlarının və dırnaqlarının vəziyyəti xolesterolu göstərə bilər.
“Yavaş, gec uzanan ayaq dırnaqları yüksək xolesterol səviyyəsinin əlaməti ola bilər. Qan damarlarında çox yağlı maddə periferik arteriya xəstəliyinə səbəb ola bilər.
Digər simptomları:
• Gəzərkən ayaqlarda bərk ağrı
• Ayaqlarda tük tökülməsi
• Uyuşma və ya zəiflik
• Ayaqlarda sağalmayan açıq yaralar
• Ayaqlarda maviyə çalır
• Kişilərdə erektil disfunksiya
• Ayaqların əzələləri tükənir
Xolesterol səviyyəsini azaltmaq üçün müntəzəm məşq (həftədə ən azı 150 dəqiqə) vacibdir. Bəzi insanlara xolesterolu azaldan dərmanlar təyin oluna bilər”.
Aynurə Məmmədova