Divandan qalxmadan, kiçik bir masajla bədəninizə fayda verə bilərsiz. Kiçik bir top sizi terapevt və masajist xidmətindən azad edə bilər.
“Medicina” xəbər verir ki, Osteopat Vladimir Jivotovun sözlərinə görə, tennis topu ilə məşqin effektivliyi düşündüymüzdən də yaxşıdır.
“Topla məşq kifayət qədər effektivdir, ona görə də tənbəl olmayın və mümkün qədər tez-tez edin. Əgər kiminsə sizə masaj etmək imkanı varsa, mütləq istifadə edin.
Ayağın refleks nöqtələrinin stimullaşdırılması alt ekstremitlərin vəziyyətini yaxşılaşdıracaq və hərəkətsiz həyat tərzinin nəticələrini azaldacaqdır.
Ayaq altının topla masajının faydaları:
• Bədəndə müxtəlif orqan və sistemlərdən məsul olan ayağın bioloji aktiv nöqtələrin stimullaşdırılması.
• Əzələləri rahatlaşdırır, bu da ayaqlardan qan və limfa axını yaxşılaşdırır.
• Ayağın daha düzgün mövqeyini formalaşdırır, bu, yerişə və onurğa daxil olmaqla bütün oynaqlara təsir göstərir.
Bunu necə etmək olar:
• Ayağınızla topun üzərində durun və ağrılı bir nöqtə tapın, ağrı dözülməz olana qədər bədən çəkisini yavaş-yavaş bu nöqtəyə salmağa çalışın.
• Ayaqlarda və bədəndə gərginliyi aradan qaldırmaq üçün əvəzolunmaz metod kirpi kimi çıxıntılı topla masajdır. Kirpi masaj topu ilə məşqləri, tennis topu ilə olduğu kimi, həm evdə, həm də işdə, oturarkən yerinə yetirmək asandır.
• Qolların, budların, çiyinlərin və budların masajı üçün uyğundur. Nəticədə bədənin müxtəlif yerlərində ağrılardan xilas olacaq, inamlı sağlam yeriş və yaxşı əhval-ruhiyyə qazanacaqsız.
Günay Quluzadə