Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağınızda bu əlamətlər varsa... - Göbələklərlə necə mübarizə aparmalı?

  • 2018.09.25 10:35
  • 20664 Baxış
Ayağınızda bu əlamətlər varsa... -  Göbələklərlə necə mübarizə aparmalı?
Ayaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biri göbələk infeksiyasıdır.


Medicina.az xəbər verir ki, bu infeksiya ayaq barmaqlarının arasından başlayaraq dabana qədər yayılır. Hovuz, sauna, hamam, geyinmə otağı və duş kabinələrində ortaq başmaqlardan istifadə olunması ayaq göbələyinin yaranmasına səbəb olan ən vacib faktordur. Xəstəliyin ilk mərhələlərində müalicə məqsədilə dərmanlardan istifadə oluna bilər. Lakin sonrakı mərhələlərdə xəstəliyin dırnaqlara keçməməsi və göbələyin yenidən balalamaması üçün həkim müayinəsindən keçmək vacibdir. 

 

Ayaklarda görülen cilt hastalıkları ve nedenleri


Dermatoloqlar bildirir ki, yanlış ayaqqabı seçimindən çılpaq ayaqla gəzməyə, ayağın gün ərzində məruz qaldığı təzyiqdən sürtünməyə qədər bir çox amildən yaranan göbələk ayaq dərisinin sərtləşməsinə və qalınlaşmasına səbəb olur. 


Sadəcə dəridə deyil, ayaq barmaqlarının aralarında da rast gəlinən göbələklə mübarizə üçün hamamdan çıxdıqdan sonra nəmləndirici kremlərdən istifadə olunmalıdır. Lakin əgər bu vasitə kömək etmirsə, dermatoloji müdaxilə mütləqdir.

 

Ayaklarda görülen cilt hastalıkları ve nedenleri


Ayaqda rast gəlinən digər infeksiya növü isə birbaşa təmas yolu ilə yoluxan ziyillərdir. Ziyil, yaxud tibbi adı ilə verrucanın yaranmasına səbəb Human papilloma virusudur. Yayda çılpaq ayaqla gəzməkdən, ortaq istifadə olunan yerlərdən və əşyalardan keçir. Ziyil müalicə olunmadığı təqdirdə yayılır.


Tez mərhələdə diaqnoz qoyulması və dermatloji müalicəyə başlanılması vacibdir. Dərmanlar nəticə verməzsə, elektrokoterlə yandırıla bilər.


MEDİCİNA.AZ