Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağınızın altı ağrıyır? - Səbəbləri oxu

  • 2023.05.03 18:42
  • 1952 Baxış
Ayağınızın altı ağrıyır?  -  Səbəbləri oxu
Gün ərzində ayaqqabıda çox gəzmək varikoz damarları inkşaf etdirə bilər.

“Medicina” xəbər verir ki, həkim – ortoped Anatoliy Krupnovun sözlərinə görə, ofisdə, məktəbdə və ya tibb müəssisələrində işləyən insanlar iş yerində ayaqqabılarını dəyişməyə məcbur olurlar. Rahat ayyaqqabıda bir neçə saat gəzmək ayağa faydalıdır. Bütün bunlara baxmayaraq, bəzən iş gününün sonunda ayaqlar və dabanlar ağrıyır.


Həkimin fikrincə, bu ağrıların səbəbi müxtəlif ola bilər. Məsələn, corabların, taytların, ayaqqabıların və hətta döşəmələrin narahatlığı və hazırlandığı materialın təsiri.

“Bununla belə, qan damarlarının ciddi xəstəlikləri də istisna edilmir: tromboflebit, varikoz, endarterit, vegetativ disfunksiya və aterosklerozun digər növləri.

Dabanların ağrımasına əsas səbəblər:

Varikoz damarları. Bu ayaqlarda damarların patoloji genişlənməsidir. Qapaq çatışmazlığı və qan axınının pozulması ilə müşayiət olunur.

Podaqra( ayaqda baş barmağın yanında çıxıntı). Bu xəstəlik sidik turşusunun metabolizması
pozulduqda baş verir. Bədəndə sidik turşusunun yığılması, oynaqlarda və böyrəklərdə bu maddənin çöküntülərinin (uratlarının) meydana gəlməsi ilə özünü göstərən metabolik bir pozğunluqdur.

Aygün Musayeva