26 yaşlı model Okeana Straçanın sağ dizində çıxan kiçik rəngsiz sızanaq həyatının ən ağır diaqnozuna çevrilib.
Bakupost.az xəbər verir ki, qız onun adi sızanaq olduğunu düşünərək əhəmiyyət verməyib.
Lakin onun itmədiyini, əksinə ətrafının bərkidiyini görüb həkimə müraciət edib.
Həkim isə ciddi bir şey olmadığını deyir.
Sonradan pandemiya səbəbindən model həkimə gedə bilmir.
1 il ərzində bu kiçik sızanaq 2 dəfə böyürərək qaralıb və qaşınmağa başlayıb.
2021-ci ilin sonunda nəhayət ki, dermatoloqa gedən qızdan biopsiya götürülür.
Məlum olur ki, bu ikinci dərəcəli melanoma - aqressiv dəri xərçəngidir.
Xoşbəxtlikdən xərçəng limfa sisteminə proqress etməyib, bədxassəli şişi əməliyyat ediblər.
Straçanın sözlərinə görə, onu sağ qalması möcüzədir. Həkimlər bu şişin ultrabənovşəyi şüaların təsirindən yarandığını deyib. Qız gündə və solyaridə qaralmağı sevirdi.
İndi model hər kəsi gündən qorunmağa və günə qarşı kremlər çəkmədən çimərliyə getməməyə çağırır.
Qeyd edək ki, dəri xərçəngi sızanaq, piy vəzisi, xal kimi görünə bilir.
Bədəninizdəki xalda istənilən rəng, forma dəyişikliyi zamanı dermatoloqa gedin.
Xalları günəşdən qoruyun